Millimizin səfər proqramı açıqlandı

Millimizin səfər proqramı açıqlandı Ukrayna "Minay"ının futbolçuları Anatoli Nuriyevlə Rüstəm Əhmədzadə yığmanın düşərgəsinə qardaş ölkədə qoşulacaqlar
Futbol
24 May , 2021 11:46
Millimizin səfər proqramı açıqlandı

Türkiyə, Belarus və Moldova yığmaları ilə yoldaşlıq oyunları keçirəcək futbol üzrə Azərbaycan millisinin səfər proqramı müəyyənləşib.

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdullanın "Report"a verdiyi məlumata görə, komanda mayın 25-də çarter reysi ilə Türkiyəyə yola düşəcək. Ukrayna "Minay"ının futbolçuları Anatoli Nuriyev və Rüstəm Əhmədzadə yığmanın düşərgəsinə qardaş ölkədə qoşulacaqlar.

Canni De Byazinin baş məşqçi olduğu kollektiv mayın 27-də "ay-ulduzlular"la Alanyadakı matçdan 4 gün sonra Belarusun paytaxtı Minskə yollanacaq.

İyunun 2-də yerli yığma ilə qarşılaşacaq milli komanda matçdan bir gün sonra Moldova ilə oyun üçün paytaxt Kişineuya səfər edəcək. İyunun 6-da moldovalılarla üz-üzə gələcək Azərbaycan millisi elə həmin gün Bakıya qayıdacaq.

Qeyd edək ki, bu gün koronavirus testindən keçən komanda üzvlərinin analiz nəticələri sabah bəlli olacaq.

Son xəbərlər

Orphus sistemi