Millimizin sabiq futbolçusunun yeni klubu bəlli oldu

Millimizin sabiq futbolçusunun yeni klubu bəlli oldu Azərbaycan millisinin sabiq futbolçusu&Deniz Yılmazın yeni klubu bəlli olub.
Futbol
14 İyul , 2020 09:27
Millimizin sabiq futbolçusunun yeni klubu bəlli oldu
Deniz Yılmaz

Azərbaycan millisinin sabiq futbolçusu Deniz Yılmazın yeni klubu bəlli olub.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu sabiq komandası "Elazığspor"la razılıq əldə edib.

Klubun prezidenti Selçuk Öztürk Yılmazla anlaşdıqlarını söyləyib. Oyunçu özü də 2-ci liqa təmsilçisinə qayıtmağa razılıq verib. 

Qeyd edək ki, Deniz Yılmaz 2016-cı ildə Azərbaycan millisinin heyətində 2 oyun keçirib. O, 2013/14 mövsümündə "Elazığspor"un formasını geyinib. Hücumçu son olaraq 2018/2019 mövsümündə Türkiyənin "Genclerbirliyi" klubunda çıxış edib. 

Son xəbərlər

Orphus sistemi