Millimizin sabiq futbolçusu yenidən icarəyə verildi

Millimizin sabiq futbolçusu yenidən icarəyə verildi Türkiyənin "Trabzonspor" klubu Azərbaycan millisinin sabiq futbolçusu Murat Cem Akpınarı icarəyə verib.
Futbol
15 Sentyabr , 2020 09:21
Millimizin sabiq futbolçusu yenidən icarəyə verildi
Murat Cem Akpınar

Türkiyənin "Trabzonspor" klubu Azərbaycan millisinin sabiq futbolçusu Murat Cem Akpınarı icarəyə verib. 

"Report"un məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi bir il ərzində ölkənin səviyyəcə üçüncü liqasında çıxış edən "Kocaelispor"da mübarizə aparacaq. Oyunçu ötən mövsümü icarə əsasında həmin çempionatda çıxış edən "Hekimoğlu Trabzon"da keçirib. 

Qeyd edək ki, Murat Cem Akpınar daha öncə Azərbaycan və Türkiyənin əsas yığmaları arasında seçim etmədiyini bildirib.  Yarımmüdafiəçi Azərbaycanın U-17 yığmasında çıxış edib. Milliyə 2016-cı ildə Təbriz Həsənovun baş məşqçi olduğu vaxt dəvət alan futbolçu 13 oyuna 2 qol vurub. 

“Trabzonspor”un aşağı yaş qruplarından ibarət komandasından yetişən futbolçu 2018/2019 mövsümündə Türkiyə Super Liqasında 6 oyuna 1 qolla yadda qalıb. 

Son xəbərlər

Orphus sistemi