Millimizin sabiq baş məşqçisi baba oldu

Millimizin sabiq baş məşqçisi baba oldu Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç baba olub.
Futbol
25 Aprel , 2020 12:54
Millimizin sabiq baş məşqçisi baba oldu

Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç baba olub.

"Report"un məlumatına görə, xorvatiyalı mütəxəssisin oğlan nəvəsi dünyaya gəlib.

Bu barədə körpənin anası Lana Yurçeviç "Instagram" səhifəsində paylaşım edib. O, uşağın adını Aleksandar qoyduqlarını bildirib.

N.Yurçeviçin qızı ötən ilin sonunda makedoniyalı futbolçu Risto Mitrevski ilə ailə həyatı qurub.

Qeyd edək ki, 2019-cu il fevralın 11-də Azərbaycan millisinə baş məşqçi təyin olunmuş Nikola Yurçeviç dekabrın 13-də AFFA İcraiyyə Komitəsinin qərarı ilə istefaya göndərilib.

Son xəbərlər

Orphus sistemi