Millimizin rəqibi Portuqaliya və İtaliya ilə qarşılaşmaqdan imtina etdi

Millimizin rəqibi Portuqaliya və İtaliya ilə qarşılaşmaqdan imtina etdi UEFA Millətlər Liqasının IV turunda Azərbaycan yığması ilə qarşılaşacaq Lüksemburq seçməsi Portuqaliya və İtaliya ilə yoldaşlıq oyunu keçirməkdən imtina edib.
Futbol
6 Noyabr , 2020 13:18
Millimizin rəqibi Portuqaliya və İtaliya ilə qarşılaşmaqdan imtina etdi

UEFA Millətlər Liqasının VI turunda Azərbaycanla qarşılaşacaq Lüksemburq yığması Portuqaliya və İtaliya ilə yoldaşlıq oyunu keçirməkdən imtina edib.

"Report" "Lequotidien" nəşrinə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Lük Holts keçirdiyi mətbuat konfransında bildirib.

51 yaşlı mütəxəssisin sözlərinə görə, federasiya daha əlverişli rəqibə üstünlük verib. Holtsun sözlərinə görə, yoldaşlıq görüşü üçün onlara Portuqaliya və İtaliya tərəfi müraciət edib: "Bu komandalara qarşı boş tribunalarda oynamaq bütün ölkəni məyus edərdi".

Qeyd edək ki, Lüksemburq millisi noyabrın 11-də evdə Avstriya ilə yoldaşlıq görüşü keçirəcək. Komanda noyabrın 14-də səfərdə Kiprlə, noyabrın 17-də isə evdə Azərbaycan yığması ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi