Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərindən olan Portuqaliya yığması AVRO-2020 öncəsi yoldaşlıq oyunları keçirəcək.
"Report" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Fernandu Santuşun başçılıq etdiyi kollektiv İspaniya və İsrail yığmaları ilə qarşılaşacaq. Matçlar müvafiq olaraq iyunun 4-ü və 9-da baş tutacaq.
Avropa çempionatının final mərhələsində F qrupunda yer alan portuqaliyalılar turnirə iyunun 15-də Budapeştdə Macarıstana qarşı oyunla start verəcəklər. 4 gün sonra Münhendə Almaniya millisi ilə üz-üzə gələcək komanda qrupun son matçını iyunun 23-də Fransaya qarşı keçirəcək.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq və Qətərlə birlikdə A qrupunda mübarizə aparacaq.