"Qarabağ"ın qapıçısı üçün mövsüm bitdi - YENİLƏNİB

"Qarabağ"ın qapıçısı üçün mövsüm bitdi - YENİLƏNİB 27 yaşlı qolkiper "Zirə"yə qarşı keçirdikləri Premyer Liqanın XXV tur oyununda xəsarət alıb
Futbol
4 May , 2021 19:35
Qarabağın qapıçısı üçün mövsüm bitdi - YENİLƏNİB
Şahruddin Məhəmmədəliyev

Azərbaycan millisinin və "Qarabağ" klubunun qapıçısı Şahruddin Məhəmmədəliyevin durumuna aydınlıq gəlib.

Klubdan "Report"a verilən məlumata görə, 27 yaşlı qolkiperin sağ qolunda sınıq aşkarlanıb.

Təcrübəli oyunçu mövsümün qalan hissəsində meydana çıxmayacaq.

18:28

"Qarabağ" klubunun və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev növbəti dəfə zədələnib.

"Report"un məlumatına görə, 27 yaşlı qolkiper "Zirə"yə qarşı keçirdikləri Premyer Liqanın XXV tur oyununda xəsarət alıb.

Rəqibin hücumu zamanı zədələnən Məhəmmədəliyev meydanı göz yaşları içində tərk edib. Onu 22-ci dəqiqədə Emil Balayev əvəzləyib.

Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və hesab bərabərdir - 1:1.

Son xəbərlər

Orphus sistemi