Millimizin oyunları Lüksemburqda keçiriləcək

Millimizin oyunları Lüksemburqda keçiriləcək Xəbər verdiyimiz kimi, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan millisi İspaniya, Belçika və Lüksemburq yığmaları ilə birgə 8-ci qrupda mübarizə aparacaq. Qrup mərhələsinin oyunları gələ
Futbol
11 Dekabr , 2020 13:51
Millimizin oyunları Lüksemburqda keçiriləcək

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının ilkin seçmə mərhələsində keçirəcəyi oyunların yeri açıqlanıb.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, yığmanın yer aldığı 8-ci qrupun matçları 2021-ci il 8-17 noyabrda Lüksemburqda təşkil olunacaq.

Azərbaycan millisi bu qrupda İspaniya, Belçika və Lüksemburq seçmələri ilə mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi