Millimizin məşqçisi: "Maradonanın formasını geyindiyim üçün utanıram"

Millimizin məşqçisi: "Maradonanın formasını geyindiyim üçün utanıram" "Oğluma "Napoli"nin formasını, xüsusilə 10 nömrəli futbolkanı daşımağın nə demək olduğunu izah etmişəm. Bu formadan cəmi ikisi qalıb. Biri məndə, digəri isə anamdadır. Hər ikisi çərçivədə divardan asılıb".
Futbol
2 Dekabr , 2020 17:53
Millimizin məşqçisi: Maradonanın formasını geyindiyim üçün utanıram

"Oğluma "Napoli"nin formasını, xüsusilə 10 nömrəli futbolkanı daşımağın nə demək olduğunu izah etmişəm. Bu formadan cəmi ikisi qalıb. Biri məndə, digəri isə anamdadır. Hər ikisi çərçivədə divardan asılıb".

"Report"un məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin köməkçisi Klaudio Beluççi Argentina millisinin və İtaliya "Napoli"sinin keçmiş futbolçusu Dieqo Maradonanın ölümü barədə danışarkən deyib.

Əfsanəvi oyunçudan sonra 1997-2001-ci illərdə Neapol təmsilçisinin heyətində 10 nömrəli formanı geyinmiş veteran hücumçu bunu sözlə ifadə etməyin mümkünsüz olduğunu bildirib: "Hərdən elə düşünürəm ki, bu vəzifənin öhdəsindən gələ bilməmişəm. Hətta həmin formanı daşıdığım üçün bir az utanıram. O, hər zaman mənim ağlımda və ürəyimdə qalacaq".

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib. O, 1984-1991-ci illərdə "Napoli"də çıxış edib.

Son xəbərlər

Orphus sistemi