Millimizin hücumçusu Polşa klubuna keçidindən danışdı

Millimizin hücumçusu Polşa klubuna keçidindən danışdı "Legiya"ya keçidimin əsas səbəbi bu komandanın daim titul uğrunda mübarizə aparması və avrokuboklarda çıxış hesabına inkişaf etmə istəyidir".
Futbol
8 İyun , 2021 21:57
Millimizin hücumçusu Polşa klubuna keçidindən danışdı
Mahir Emreli

"Legiya"ya keçidimin əsas səbəbi bu komandanın daim titul uğrunda mübarizə aparması və avrokuboklarda çıxış hesabına inkişaf etmə istəyidir".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sının rəsmi saytına açıqlamasında bu komandaya keçidi barədə danışarkən deyib.

24 yaşlı hücumçu bildirib ki, Polşa çempionatı Azərbaycan Premyer Liqasından daha yaxşıdır: "Bilirəm ki, burada oynamaqla bacarıqlarımı artıracağam. Komanda yoldaşlarımla məşqlərdə iştirak etməyi səbirsizliklə gözləyirəm".

Emreli "Legiya"da daha da inkişaf edəcəyinə inandığını söyləyib: "Mənə elə gəlir ki, burada legionarlərə daha çox ümid bəsləyirlər. Belədə, bacarığımı göstərmək və özümü digər klublara tanıtmaq fürsəti qazanacağam".

O, imkan tapdıqca Varşava şəhərinin görməli yerlərini gəzəcəyini vurğulayıb: "Polşa ilə əlaqəli bəzi şeyləri nəzərdən keçirdim və şəhərin görməli yerlərinin olduğunu eşitdim. Vaxt olduqca, mütləq şəhəri gəzəcəyəm. Ən çox "Legiya" haqqında oxudum. Axı, Polşaya gəlməyimin əsas səbəbi budur".

Futbolçu şans veriləcəyi təqdirdə oynamağa hazır olduğunu bildirib: "Özümü ən yaxşı tərəfdən göstərməyə çalışacağam. İndi isə mənə məşq etməyə icazə verin".

Varşava təmsilçisinin idman direktoru Radoslav Kuxarski isə Emrelinin komandaya cəlb olunmasından məmnunluğunu ifadə edib: "Bu keçid uzun, bir neçə aylıq danışıqlardan sonra baş tutdu. Buna görə şadam. Texniki baxımdan bizim kluba uyğun futbolçudur. Mahir oyunu oxuyur və qol vurmağa çalışır. Onun beynəlxalq təcrübəsinə güvənirəm. İnanıram ki, avrokuboklara çıxmağımıza kömək edəcək".

Qeyd edək ki, Mahir Emreli "Legiya" ilə 3 illik müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi