Millimizin hücumçusu "Krasnodar"la müqavilə bağladı

Millimizin hücumçusu "Krasnodar"la müqavilə bağladı Azərbaycanın qadınlardan ibarət milli komandasının futbolçusu Sevinc Cəfərzadə Rusiyanın "Krasnodar" klubuna keçib.
Futbol
14 Mart , 2021 15:20
Millimizin hücumçusu Krasnodarla müqavilə bağladı
Sevinc Cəfərzadə

Azərbaycanın qadınlardan ibarət milli komandasının futbolçusu Sevinc Cəfərzadə Rusiyanın "Krasnodar" klubuna keçib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 27 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanılıb. Cəfərzadə sözləşməyə azad agent statuslu oyunçu kimi imza atıb.

O, əvvəllər "Lənkəran", "Fidan", "Zaqatala", Almaniyanın "Gerenberq", BƏƏ-nin "Abu-Dabi", Rusiyanın "Donçanka" və Rusiyanın "Yenisey" klublarının formasının geyinib. Təcrübəli forvard 2008-ci ildən Azərbaycanın U-17, U-19, U-21 yığmalarında çıxış edib. Cəfərzadə əsas milliyə 2010-cu ildən dəvət alır.

Son xəbərlər

Orphus sistemi