Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlanıb

Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlanıb Sentyabrın 3-də Portuqaliyanın Figueira şəhərində start götürəcək Avropa Super final (European Beach Soccer League) mərhələsi üçün çimərlik futbolu üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Futbol
2 Sentyabr , 2019 11:35
Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlanıb

Sentyabrın 3-də Portuqaliyanın Figueira şəhərində start götürəcək Avropa Super final (European Beach Soccer League) mərhələsi üçün çimərlik futbolu üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, heyətə 12 oyunçu daxil edilib. Bunlar Vaqif Şirinbəyov, Elçin Qasımov, Comərd Baxşəliyev, Kamil Hüseynov, Amid Nəzərov, Orxan Məmmədov, Elgiz Kərəmli, Ramil Əliyev, Elşad Manafov, Renat Sultanov, Sabir Allahquliyev və Əbdül Əliyevdir. 

Yığma sentyabrın 5-də Estoniya, sentyabrın 6-da Rumıniya, sentyabrın 7-də Çexiya ilə üz-üzə gələcək. Oyunlar Bakı vaxtı ilə saat 15:45-də başlanacaq. Yarış sentyabrın 9-dək davam edəcək.

Qeyd edək ki, Bolqarıstan milli komandasının iştirakdan imtina etməsi səbəbindən final mərhələsində Estoniya yığması mübarizə aparacaq. 

Son xəbərlər

Orphus sistemi