Millimizin futbolçusu üçün mövsüm bitdi

Millimizin futbolçusu üçün mövsüm bitdi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Futbol Assosiasiyası koronavirus pandemiyası səbəbindən dayandırılan yerli liqalarla bağlı qərarını açıqlayıb.
Futbol
18 İyun , 2020 12:22
Millimizin futbolçusu üçün mövsüm bitdi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Futbol Assosiasiyası koronavirus pandemiyası səbəbindən dayandırılan yerli liqalarla bağlı qərarını açıqlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, çempionatların vaxtından əvvəl başa çatdırılması məqsəduyğun hesab olunub.

Ölkədə yeni mövsümün isə avqustda start götürəcəyi bildirilib.

Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın çıxış etdiyi "Baniyas" klubu mövsümü 14 komanda arasında 9-cu pillədə başa vurub. 30 yaşlı milliləşmiş braziliyalı qış fasiləsində "Qarabağ"dan BƏƏ klubuna keçib.

Son xəbərlər

Orphus sistemi