Millimizin futbolçusu püşkü dəyərləndirdi

Millimizin futbolçusu püşkü dəyərləndirdi "Çətin qrupa düşdük. Amma hər bir rəqibə qarşı oynamaq olar".
Futbol
7 Dekabr , 2020 21:53
Millimizin futbolçusu püşkü dəyərləndirdi
Vüsal İsgəndərli

"Çətin qrupa düşdük. Amma hər bir rəqibə qarşı oynamaq olar".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

25 yaşlı yarımmüdafiəçi uğur qazanmaq istədiklərini bildirib: "Son oyunlarda millidə nəticələr pis olmadı. Həm qol buraxmadıq,həm də uduzmadıq. İstənilən rəqiblə oynaya biləcək gücdəyik. İnanıram ki, daha yaxşı hazırlaşacağıq. Seçmə mərhələdə uğur qazanmaq istəyirik".

Rəqiblərdən Portuqaliyanı fərqləndirən "Keşlə"nin futbolçusu qrupda autsayder olmayacaqlarını vurğulayıb: "Əminəm ki, sonuncu olmayacağıq. Yaxşı nəticələr əldə edəcəyimizə ümidvaram. Portuqaliya qrupun favoritidir. Ən çətin oyunlarımız bu komandaya qarşı olacaq".

Qeyd edək ki, Azərbaycan millisi Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi