Millimizin futbolçusu La Liqa klubunun uğursuz transferi sayıldı

Millimizin futbolçusu La Liqa klubunun uğursuz transferi sayıldı İspaniyanın Eybar klubunun 2014-cü ildən bəri ən uğursuz transferləri açıqlanıb.
Futbol
27 Aprel , 2020 09:50
Millimizin futbolçusu La Liqa klubunun uğursuz transferi sayıldı

İspaniyanın "Eybar" klubunun 2014-cü ildən bəri ən uğursuz transferləri açıqlanıb. 

"Report" "Mundodeportivo" nəşrinə istinadən xəbər verir ki, siyahıda Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov da yer alıb. 2015-ci ildə "Mursiya"dan icarə əsasında "Eybar"a keçən 28 yaşlı yarımmüdafiəçi həmin dönəmin ən uğursuz üç trasferindən biri olub. 

Qeyd edək ki, Eddi İsrafilov 2019-cu ilin avqustundan, İspaniya Sequndasında çıxış edən "Albasete"nin formasını geyinir. "Eybar" isə La Liqada 27 oyundan sonra 27 xalla 16-cı pillədə qərarlaşıb. İspaniyada futbol çempionatları martın 12-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.  

Son xəbərlər

Orphus sistemi