Millimizin futbolçusu "Konyaspor"a keçir
Futbol
- 11 yanvar, 2021
- 11:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin keçmiş üzvü, hazırda Almaniyanın "Bohum" klubunda çıxış edən Barış Ekincier karyerasını Türkiyədə davam etdirə bilər.
"Report" qonşu ölkə mətbuatına istinadən xəbər verir ki, Superliqada mübarizə aparan "Konyaspor" 22 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Gənc oyunçunun yaxın günlərdə Konyaya gələrək, uzunmüddətli müqaviləyə imza atacağı gözlənilir.
Qeyd edək ki, Türkiyə və Azərbaycan vətəndaşlığı olan Barış Ekincier peşəkar karyerasında indiyədək 79 oyun keçirib. Ekincier bu matçlarda 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Azərbaycan millisinin formasını 12 dəfə geyinən futbolçu 4 qol vurub.
Son xəbərlər
10:14
Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb
Digər ölkələr
10:10
IEA: Azərbaycan oktyabrda "OPEC+" kvotasından gündəlik 111 min barel geri qalıb
Energetika
10:10
Azərbaycan Basketbol Liqası: Bu gün "Sabah" və "Neftçi" komandaları üz-üzə gələcək
Komanda
10:06
Azərbaycanda yağmursuz hava hökm sürür - Faktiki hava
Ekologiya
10:06
Paşinyan: İrəvan və Ankara münasibətlərin normallaşmasına yaxındır
Region
10:01
Foto
NDU-da "Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq" mövzusunda beynəlxalq elmi konfrans keçirilib
Mədəniyyət siyasəti
09:56
Alyaskada 1998-ci ildən bəri ilk dəfə demokrat qubernator seçilib
Digər ölkələr
09:48
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (14.11.2026)
Maliyyə
09:44
Azərbaycanın qadın basketbol millisi bu gün İrlandiya ilə qarşılaşacaq
Komanda