"Keşlə"nin futbolçusu: "Problemlərimiz var və bu, bizə mənfi təsir edir"

"Keşlə"nin futbolçusu: "Problemlərimiz var və bu, bizə mənfi təsir edir" "Görün, "Keşlə" haqqında keçən il necə danışılırdı, ində nələt danışılır. Səbəbləri biz də axtarırıq"
Futbol
16 Fevral , 2021 13:21
Keşlənin futbolçusu: Problemlərimiz var və bu, bizə mənfi təsir edir
Vüsal İsgəndərli

"Yayda komanda yığışanda ən azı ötən mövsümdəki nəticələri təkrarlamaq istəyirdik. Hədəflərimizdən biri Avropa Liqasında ən azı 2 mərhələ keçmək idi. Amma hər şey başqa cür cərəyan etdi".

Bu fikirləri "Report"a açıqlamasında "Keşlə"nin futbolçusu Vüsal İsgəndərli komandasının cari mövsümdə uğursuz çıxışı barədə danışarkən deyib.

26 yaşlı yarımmüdafiəçi bildirib ki, baş verən hadisələr oyunçulara mənfi təsir göstərib. Amma o, həmin problemlərin nədən ibarət olduğunu açıqlamayıb: "Problemlər var, amma onu ailə daxilində, kollektiv içində həll edib oyunlara çıxmalı və nəticələri düzəltməliyik. Əvvəlki komanda ruhunu qaytarmaq üçün əlimizdən gələni edəcəyik".

"Keşlə"nin yeni baş məşqçisi Sənan Qurbanov barədə də fikirlərini bölüşən İsgəndərli onun yaxşı mütəxəssis olduğunu söyləyib: "O da istəyir ki, komanda özünə gəlsin. Ötən mövsümdəki nəticələrimizdən çox uzağıq. Görün, "Keşlə" haqqında keçən il necə danışılırdı, indi də lənət danışılır. Səbəbləri biz də axtarırıq. Çünki məşqlərə, oyunlara həvəslə yanaşırıq. Axırıncı pillədən çıxmaq istəıyirik. Neçə oyundur uduzuruq. Bu qədər məğlubiyyət normal deyil".

Azərbaycan yığmasının da formasını geyinən futbolçu Ukraynanın "Minay" klubunun üzvləri Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin mümkün milliləşdirilməsi məsələsinə də münasibət bildirib. İsgəndərgli onların milliyə xeyir verəcəyinə inandığını vurğulayıb: "Ümid edirəm ki, həm bu futbolçular, həm də bizim üçün uğurlu olar. Biz də əlimizdən gələni etməliyik ki, milliyə dəvət alaq. Yaxşı nəticələrlə ölkəmizi sevindirmək istəyirik".

Qeyd edək ki, 15 turdan sonra "Keşlə" 13 xalla sonuncu pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi