Millimizin futbolçusu Çempionlar Liqasında gözəl qol vurdu
Futbol
- 04 noyabr, 2020
- 06:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçusu Vüsalə Seyfəddinova UEFA Çempionlar Liqasında gözəl qola imza atıb.
"Report"un məlumatına görə, Türkiyənin "Qaziantep ALG Spor" klubunda çıxış edən yarımmüdafiəçi ilkin təsnifat mərhələsində Albaniyanın “Vlazniya” komandasına qarşı oyunda fərqlənib.
Qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb, əlavə vaxtda isə tərəflər hərəyə bir dəfə fərqləniblər. Seyfəddinova komandasının ilk qolunun müəllifi olub. Qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən Albaniya təmsilçisi növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, Vüsalə Seyfəddinova Türkiyə klubuna bu ilin oktyabrında Rusiya "Ryazan"ından keçib.
Millimizin futbolçusu Çempionlar Liqasında gözəl qol vurdu
Son xəbərlər
09:22
Azərbaycan Premyer Liqasında IX tura bu gün yekun vurulacaq
Futbol
09:08
ABŞ-də baş verən atışmada 12 nəfər yaralanıb
Digər ölkələr
08:56
Filippində bazarda yanğın nəticəsində beş nəfər ölüb
Digər ölkələr
08:47
Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub – Yenilənib
Energetika
08:37
"Axios": Vaşinqton süni intellekt sənayesi liderlərinin apokaliptik proqnozlarından bezib
İKT
08:21
ABŞ-də "PepsiCo" şirkətinin törəmə müəssisəsinin zavodunda partlayış və yanğın olub
Digər ölkələr
07:26
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Ər-Riyad üzərində PUA-nı vurub
Digər ölkələr
06:45
"İnter Mayami" MLS-də "Nyu-York Red Bulls"a məğlub olub
Futbol
06:07
Tramp: "Audi" ABŞ-də avtomobil zavodunun inşasına 4,2 milyard dollar investisiya yatıracaq
Digər ölkələr