Millimizin futbolçusu Gəncədən Bakıya xəstəxanaya gətirilir

Millimizin futbolçusu Gəncədən Bakıya xəstəxanaya gətirilir Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının və "Kəpəz" klubunun müdafiəçisi Ümid Səmədov Bakıya gətirilir
Futbol
16 Aprel , 2021 14:54
Millimizin futbolçusu Gəncədən Bakıya xəstəxanaya gətirilir

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının və "Kəpəz" klubunun müdafiəçisi Ümid Səmədov Bakıya gətirilir.

Bu barədə "Report"a Gəncə təmsilçisinin Mətbuat katibi Azad Mustafayev məlumat verib.

Onun sözlərinə görə, mədəaltı vəzində problem aşkarlanan 18 yaşlı oyunçu paytaxtdakı klinikalardan birinə yerləşdiriləcək: "Ümid bir müddət Gəncədə müalicə alsa da, xeyri olmadı. Ona görə də Bakıya göndəriləcək. Özü hərəkət edir, durur-oturur. Sadəcə, ağrıları var".

Qeyd edək ki, Ümid Səmədov I Divizionda XX turunun "Zaqatala" ilə ev oyunundan (1:2) bir gün sonra - aprelin 9-da Gəncədə xəstəxanaya yerləşdirilmişdi.

Son xəbərlər

Orphus sistemi