Millimizin futbolçusu ABŞ Liqasında növbəti qolunu vurdu

Millimizin futbolçusu ABŞ Liqasında növbəti qolunu vurdu Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında (USL) növbəti qolunu vurub.
Futbol
1030
6 Sentyabr , 2020 10:28
Millimizin futbolçusu ABŞ Liqasında növbəti qolunu vurdu
Rüfət Dadaşov

Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında (USL) növbəti qolunu vurub. 

"Report"un məlumatına görə, "Finiks Rayzinq" klubunda çıxış edən 29 yaşlı hücumçu bu dəfə "Las-Veqas Layts" komandası ilə səfər matçında fərqlənib. Meydana start heyətdə çıxan Dadaşov 90+5-ci dəqiqədə son nöqtəni qoyub - 2:0. Bu, təcrübəli forvardın USL-də 8-ci qolu olub. 

Hazırda "Finiks Rayzinq" 11 oyundan 23 xalla B qrupunda liderdir. 

Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunlarına çağırılmayıb. 

Son xəbərlər

Orphus sistemi