Millimizin futbolçusu ABŞ karyerasına het-triklə başladı - VİDEO

Millimizin futbolçusu ABŞ karyerasına het-triklə başladı - VİDEO Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov Finiks Rayzinq komandasının heyətində ABŞ-ın USL müntəzəm çempionatındakı debüt matçında het-trik edib.
Futbol
8 Mart , 2020 12:14
Millimizin futbolçusu ABŞ karyerasına het-triklə başladı - VİDEO

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov "Finiks Rayzinq" komandasının heyətində ABŞ-ın USL müntəzəm çempionatındakı debüt matçında het-trik edib.

"Report"un məlumatına görə, 29 yaşlı hücumçu "Portlend Timbers"lə ilk tur qarşılaşmasında komandasının qollarından yarısının müəllifi olub. Meydana start heyətdə çıxan Dadaşov 13-cü, 24-cü 65-ci dəqiqələrdə fərqlənib. O, 86-cı dəqiqədə əvəzlənib. Görüş isə "Finiks Rayzinq"in 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Rüfət Dadaşov "Finiks Rayzinq"ə yanvarın 11-də Almaniyanın "Pröyssen Munster" klubundan keçib.

Son xəbərlər

Orphus sistemi