Millimizin futbolçusu ABŞ-da rəmzi komandaya düşdü

Millimizin futbolçusu ABŞ-da rəmzi komandaya düşdü Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında (USL) həftənin komandasında düşüb.
Futbol
16 Sentyabr , 2020 09:14
Millimizin futbolçusu ABŞ-da rəmzi komandaya düşdü

Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında (USL) həftənin komandasında düşüb. 

"Report"un məlumatına görə, "Finiks Rayzinq" klubunda çıxış edən 29 yaşlı hücumçu buna XII turda "Las-Veqas Layts"ı məğlub etdikləri matçdakı oyununa görə nail olub. 

Dadaşov 5:1 hesabı ilə qələbə qazandıqları matçda 2 qol vurub və məhsuldar ötürmə ilə yadda qalıb. 

Hazırda "Finiks Rayzinq" 12 oyundan sonra 26 xalla B qrupunda liderdir. 

Qeyd edək ki, aktivində 10 qol olan Rüfət Dadaşov Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunlarına çağırılmamışdı. 

Son xəbərlər

Orphus sistemi