Millimizin futbolçusu ABŞ-da növbəti qollarını vurdu

Millimizin futbolçusu ABŞ-da növbəti qollarını vurdu Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında (USL) növbəti qollarını vurub.
Futbol
12 Sentyabr , 2020 09:04
Millimizin futbolçusu ABŞ-da növbəti qollarını vurdu

Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında (USL) növbəti qollarını vurub. 

"Report"un məlumatına görə, "Finiks Rayzinq" klubunda çıxış edən 29 yaşlı hücumçu "Las-Veqas Layts" komandası ilə ev matçında dubla imza atıb.

Meydana start heyətdə çıxan Dadaşov 27-ci dəqiqədə hesabı açıb. Forvard 44-cü dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. Qarşılaşma "Finiks Rayzinq"in 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın matçında uzun müddətdən sonra məhdud sayda azarkeş olub.  

Hazırda "Finiks Rayzinq" 12 oyundan sonra 26 xalla B qrupunda liderdir. 

Qeyd edək ki, aktivində 10 qol olan Rüfət Dadaşov Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunlarına çağırılmamışdı. 

Son xəbərlər

Orphus sistemi