Millimizin baş məşqçisi: "Məğlub ola bilərdik, bəxtimiz gətirdi"

Millimizin baş məşqçisi: "Məğlub ola bilərdik, bəxtimiz gətirdi" "Bu gün oyunumuz alınmadı. Bu da matça tam köklənə bilməməyimizlə bağlıdır. Görüş bizim üçün çox çətin oldu"
Futbol
9 Mart , 2021 23:31
Millimizin baş məşqçisi: Məğlub ola bilərdik, bəxtimiz gətirdi
Joze Alesio Da Silva

"Bu gün oyunumuz alınmadı. Bu da matça tam köklənə bilməməyimizlə bağlıdır. Görüş bizim üçün çox çətin oldu".

"Report"un məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva səfərdə Moldova yığmasını 5:3 hesabı ilə məğlub etdikləri Avropa çempionatının seçmə mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Braziliyalı mütəxəssis komandasının çoxlu səhvə yol verdiyini bildirib: "Rəqibimiz də bu gün ən yaxşı oyunlarından birini keçirdi. Çoxlu səhvə yol verdik. Hətta buna görə məğlub da ola bilərdik. Müəyyən epizodlarda bəxtimiz gətirdi. Təbii ki, oyunu təhlil edəcəyik, zəif çıxışımızın səbəbini aydınlaşdıracağıq. Sevinməli tərəf nəticə ilə bağlıdır. Ən azı vacib olan 3 xalı əldə etdik".

Alesionun sözlərinə görə, Moldovanın Avropa çempionatına vəsiqə qazanmaq şansı öz əlindədir: "Biz növbəti oyunda Slovakiya ilə üz-üzə gələcəyik. Əlbəttə, qələbə qazanmaq üçün meydana çıxacağıq. Moldova isə qalan görüşlərini qələbə ilə başa vursa, məqsədinə nail olacaq".

Son xəbərlər

Orphus sistemi