Futbol üzrə Azərbaycan millisi tarixində ilk dəfə İrlandiya yığması ilə üz-üzə gələcək.
"Report"un məlumatına görə, 2022-ci il dünya çempionatının seçmə mərhələsində eyni qrupa düşən komandalar indiyədək nə yoxlama, nə də rəsmi turnirlərdə qarşılaşıb.
Azərbaycan yığması üçün son belə rəqib bir ay əvvəl yoldaşlıq görüşündə qolsuz heç-heçə etdiyi Sloveniya idi. Bununla da Azərbaycanın UEFA-nın üzvü olan 54 rəqib ölkədən heç vaxt qarşılaşmadığı 4 ölkə qalıb - Ermənistan, Cəbəllütariq, Niderland və Şotlandiya.
Azərbaycan yığması bu komandalardan Albaniya, Gürcüstan, Estoniya, Belarus, Latviya, Ukrayna, Litva, Andorra, İslandiya, İspaniya və Sloveniya ilə yalnız yoldaşlıq görüşlərində üz-üzə gəlib
Yəni, İrlandiya Avropada yığma üçün 51-ci rəqibdir. Komanda Azərbaycan seçməsi üçün rəsmi səviyyədə 40-cı rəqib olacaq.
Qeyd edək ki, Azərbaycan və İrlandiya yığmaları DÇ-2022-nin seçmə mərhələsində Serbiya, Portuqaliya və Lüksemburqla birlikdə A qrupunda qərarlaşıb.