Millimiz qələbə qazandı

Millimiz qələbə qazandı Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxıb
Futbol
23 İyun , 2021 14:32
Millimiz qələbə qazandı

Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyanın Nazare şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, qrupun son oyununda Estoniya yığması ilə qarşılaşan komanda 4:3 hesablı qələbə qazanıb. Avtoqolun qeydə alındığı oyunda millinin digər qollarını Elçin Qasımov, Orxan Məmmədov və Sabir Allahquliyev vurub.

Qrupun digər oyununda Fransa və İsveçrə komandaları üz-üzə gələcək. Fransa millisi oyunun əsas vaxtında rəqibini iki top fərqi ilə məğlub edərsə, komanda mübarizəsini dayandıracaq, əks təqdirdə növbəti mərhələyə vəsiqə qazanacaq. Millimiz növbəti mərhələyə vəsiqə qazanacağı halda 1/4 finalda, iyunun 25-də A qrupunun qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, A qrupunun qalibi bu axşam keçiriləcək Ukrayna – Portuqaliya oyunundan sonra məlum olacaq.

Son xəbərlər

Orphus sistemi