Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyanın Nazare şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, qrupun son oyununda Estoniya yığması ilə qarşılaşan komanda 4:3 hesablı qələbə qazanıb. Avtoqolun qeydə alındığı oyunda millinin digər qollarını Elçin Qasımov, Orxan Məmmədov və Sabir Allahquliyev vurub.
Qrupun digər oyununda Fransa və İsveçrə komandaları üz-üzə gələcək. Fransa millisi oyunun əsas vaxtında rəqibini iki top fərqi ilə məğlub edərsə, komanda mübarizəsini dayandıracaq, əks təqdirdə növbəti mərhələyə vəsiqə qazanacaq. Millimiz növbəti mərhələyə vəsiqə qazanacağı halda 1/4 finalda, iyunun 25-də A qrupunun qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, A qrupunun qalibi bu axşam keçiriləcək Ukrayna – Portuqaliya oyunundan sonra məlum olacaq.