Millimiz "Neftçi" ilə yoldaşlıq görüşü keçirəcək

Millimiz "Neftçi" ilə yoldaşlıq görüşü keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin daha bir yoxlama oyunu keçirəcəyi müəyyənləşib
Futbol
19 Mart , 2021 13:15
Millimiz Neftçi ilə yoldaşlıq görüşü keçirəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin daha bir yoxlama oyunu keçirəcəyi müəyyənləşib.

"Report"un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda "Neftçi" ilə üz-üzə gələcək.

Martın 24-də “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçiriləcək qarşılaşma saat 16:00-da başlanacaq.

Qeyd edək ki, milli martın 20-də "Qarabağ", martın 27-də “Qaradağ Lökbatan”, martın 29-də isə "Qəbələ" ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi