Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığması Farer adaları millisinə uduzub

Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığması Farer adaları millisinə uduzub 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
Futbol
23 Oktyabr , 2019 18:04
Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığması Farer adaları millisinə uduzub

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

"Report"un məlumatına görə, rəqib Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası olub.

Ada-dövlətin Torshavn şəhərinin "Torsvöllür" stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 73-cü dəqiqədə Eylersdottir Rasmussen vurub. 

Beləliklə, Azərbaycan millisi V qrupda mübarizəni qolsuz və xalsız tamamlayaraq sonuncu olub. Zamir Həsənovun baş məşqçi olduğu kollektiv əvvəlki oyunlarında Sloveniyaya 0:6, Norveçə 0:5 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi