Millimiz 3 yoldaşlıq matçı keçirəcək

Millimiz 3 yoldaşlıq matçı keçirəcək Kollektiv iyunun 1-dən 3-dək Minsk, 3-dən 6-dək isə Moldovanın Kişineu şəhərində hazırlıq keçəcək
Futbol
27 May , 2021 12:24
Millimiz 3 yoldaşlıq matçı keçirəcək

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Bakıda təlim-məşq toplanışı başlayıb.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, mayın 31-dək Bakıda hazırlaşacaq yığma daha sonra ölkə xaricinə yollanacaq.

Kollektiv iyunun 1-dən 3-dək Minsk, 3-dən 6-dək isə Moldovanın Kişineu şəhərində hazırlıq keçəcək.

U-19 hazırlıq çərçivəsində üç yoldaşlıq oyunu keçirəcək. Yığma iyunun 2-də Belarusun U-19, 4-də və 6-da isə Moldovanın U-19 komandası ilə qarşılaşacaq.

Təlim-məşq toplanışına 22 futbolçu dəvət olunub.

1

Ramazanov Amin

Lokomotiv (Rusiya)

2

Tağızadə Eldar

Clermont Foot (Fransa)

3

Həsənov Rəşad

Keşlə

4

Hüseynov Cəlal

Zirə

5

Ağayev Nihad

Sumqayıt

6

Babayev Hüseyn

Neftçi

7

Pesotski Nikita

Stroqino (Rusiya)

8

Mədətov Ülvü

Qəbələ

9

Əhmədov Mirəli

Neftçi

10

Əsədov Zöhrab

Qarabağ

11

Rüstəmli Rauf

Qəbələ

12

Əliyev Xəyal

Sabah

13

Oral Yusuf

Beşiktaş (Türkiyə)

14

Vardar Berkay

Beşiktaş (Türkiyə)

15

Kazımov Kamal

Kasımpaşa (Türkiyə)

16

Qənbərov Vüsal

Keşlə

17

Ağayev Mahmud

Zirə

18

Baxşalı Mehrac

Qəbələ

19

Əsədov Gülağa

Qəbələ

20

Qarayev Taleh

Qəbələ

21

Musazadə Musa

Qarabağ

22

Canıyev Mirmövsüm

Qarabağ

Son xəbərlər

Orphus sistemi