Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan milli komandalarına dəvət olunan futbolçular bu gün tibbi müayinədən keçiblər.
"Report"un məlumatına görə, AFFA-nın təşkilatçılığı ilə baş tutan müayinədə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri iştirak edib.
Müayinələr Bakıdakı özəl xəstəxanalardan birində aparılıb.
Bu proses digər yığma komandaların üzvlərinin iştirakı ilə davam etdiriləcək.