Milli komandanın baş məşqçisi vəzifəsinə 142 namizəd

Milli komandanın baş məşqçisi vəzifəsinə 142 namizəd Qadınlardan ibarət İngiltərə millisinin baş məşqçisi postuna namizədlərin sayı açıqlanıb.
Futbol
845
13 İyul , 2020 20:55
Milli komandanın baş məşqçisi vəzifəsinə 142 namizəd

Qadınlardan ibarət İngiltərə millisinin baş məşqçisi postuna namizədlərin sayı açıqlanıb.

"Report"un məlumatına görə, bu barədə futbol assosiasiyasının rəhbəri Syu Kempbell yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, yığmanın sükanı arxasına keçmək üçün quruma 142 nəfər müraciət edib. Kempbellin sözlərinə görə, onların yarıdan çoxu tələb olunan meyarlara cavab verir.

Qeyd edək ki, hazırda İngiltərə millisinin baş məşqçisi "Mançester Yunayted"in əfsanəvi futbolçusu Fil Nevilldir. O, 2021-ci ildə təşkil olunacaq Avropa çempionatından sonra vəzifəsindən ayrılacaq.