Millətlər Liqası: İspaniya yığmasının finaldakı rəqibi müəyyənləşir

Millətlər Liqası: İspaniya yığmasının finaldakı rəqibi müəyyənləşir Bu gün UEFA Millətlər Liqasının final mərhələsində digər yarımfinal görüşü keçiriləcək.
Futbol
7 Oktyabr , 2021 07:30
Millətlər Liqası: İspaniya yığmasının finaldakı rəqibi müəyyənləşir

Bu gün UEFA Millətlər Liqasının final mərhələsində digər yarımfinal görüşü keçiriləcək.

"Report"un məlumatına görə, bununla da İspaniya millisinin finaldakı rəqibi müəyyənləşəcək.

"Dördlər finalı"nda həlledici qarşılaşmaya son vəsiqə uğrunda Belçika və Fransa yığmaları üz-üzə gələcəklər. Turindəki "Yuventus" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Matçı almaniyalı FIFA referisi Daniel Zibert idarə edəcək.

Yarımfinalın ilk görüşündə İspaniya millisi İtaliyanı 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 3-cü yer uğrunda və final oyunları oktyabrın 10-da olacaq. İkinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.

UEFA Millətlər Liqası, final mərhələsi

Yarıminal

7 oktyabr

22:45. Belçika - Fransa

Hakimlər: Daniel Zibert, Yan Zaydel, Eduard Baytunger, Harm Osmers (hamısı Almaniya)

Turin. "Yuventus" stadionu

Son xəbərlər

Orphus sistemi