Millətlər Liqası: Azərbaycan yığması ən çox qol buraxan iki komandadan biridir
Futbol
- 20 noyabr, 2024
- 06:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan yığması cari mövsüm UEFA Millətlər Liqasının qrup mərhələsində ən çox qol buraxan iki komandadan biridir.
"Report"un məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Bosniya və Herseqovina ilə birlikdə 6 matçda 17 top buraxıb.
C Liqasının 1-ci qrupunda yer alan yığmamız İsveçə 1:3, 0:6, Slovakiyaya 0:2, 1:3, Estoniyaya isə 1:3 hesabı ilə uduzub. Milli yalnız Qəbələdə estonlarla qolsuz heç-heçə edib.
Bosniya və Herseqovina isə Niderlanda 2:5, Almaniyaya 0:7, 1:2, Macarıstana 0:2 hesabı ilə uduzub. Bosniyalılar macarlarla (0:0) və Niderlandla (1:1) heç-heçə edib.
Turnir tarixinin antirekordu isə Cəbəllütariqə məxsusdur. "Cırtdan ölkə" 2022/2023 mövsümündə qapısında 18 qol görüb.
Son xəbərlər
04:39
Serbiyada təkrar parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Digər ölkələr
04:13
İsrail Prezidenti partiya liderləri ilə məsləhətləşmələrə başlayacaq
Digər ölkələr
03:42
Ukrayna sakinlərinə nüvə təhlükəsi ilə bağlı bildiriş göndərilib
Digər ölkələr
03:27
Tramp: ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır
Digər ölkələr
02:30
Antonelli "Formula 1" tarixinin ən gənc çempionu olub
Formula 1
02:13
Pakistanın ən iri neft emalı şirkətlərinin mənfəəti 1 860 %-dən çox artıb
Energetika
01:50
Gyurov Bolqarıstanda prezident seçkilərində məğlubiyyətini etiraf edib - Yenilənib-2
Digər ölkələr
01:07
Foto
Video
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
Digər ölkələr
00:58
Foto
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Xarici siyasət