Millətlər Liqası: Azərbaycan yığmasının yer alacağı səbət bəlli olub

Millətlər Liqası: Azərbaycan yığmasının yer alacağı səbət bəlli olub Qadın futbolçulardan ibarət Azərbaycan yğmasının ilk dəfə keçiriləcək UEFA Millətlər Liqasının püşkatma mərasimində yer alacağı səbət bəlli olub.
Futbol
19 Aprel , 2023 17:00
Millətlər Liqası: Azərbaycan yığmasının yer alacağı səbət bəlli olub

Qadın futbolçulardan ibarət Azərbaycan yğmasının ilk dəfə keçiriləcək UEFA Millətlər Liqasının püşkatma mərasimində yer alacağı səbət bəlli olub.

"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, C Liqasında mübarizə aparacaq kollektiv Malta, İsrail, Türkiyə və Şimali Makedoniya ilə birlikdə I səbətə düşüb.

Mayın 2-də təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

I səbət: Malta, İsrail, Azərbaycan, Türkiyə, Şimali Makedoniya
II səbət: Kosovo, Monteneqro, Lüksemburq, Estoniya, Moldova
III səbət: Litva, Qazaxıstan, Latviya, Bolqarıstan, Kipr
IV səbət: Farer adaları, Gürcüstan, Ermənistan, Andorra

Qeyd edək ki, qrupda ilk iki pilləni tutan komandalar AVRO-2025-ə vəsiqə uğrunda pley-off oyunlarına çıxacaqlar.

Son xəbərlər

Orphus sistemi