"Milan" "Yuventus"a uduzdu

"Milan" "Yuventus"a uduzdu İtaliya A Seriyasında XVI turun mərkəzi görüşü "Milan" və "Yuventus" komandaları arasında keçirilib.
Futbol
7 Yanvar , 2021 01:38
Milan Yuventusa uduzdu
0 : 00
0 : 00

İtaliya A Seriyasında XVI turun mərkəzi görüşü "Milan" və "Yuventus" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, "Cüzeppe Meatsa" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1. Turin təmsilçisinin ilk 2 qolunu 18-ci və 62-ci dəqiqədə Federiko Kyeza, sonuncusunu 76-cı dəqiqədə Ueston Makkenni vurub. Meydan sahiblərindən isə 41-ci dəqiqədə Davide Kalabriya fərqlənib.

Daha əvvəl "Milan" A Seriyasında ardıcıl 27 oyunda uduzmayıb (20 qələbə, 7 heç-heçə). "Qırmızı-qaralar" mövsümdə ilk məğlubiyyətlə üzləşib.

Məğlubiyyətə baxmayaraq, "Milan" 37 xalla liderliyini davam etdirir. Xalını 30-a çatdıran "Yuventus" isə 4-cü pilləyə yüksəlib.

Son xəbərlər

Orphus sistemi