"Milan" və "İnter"in ev oyunları ABŞ-də keçirilə bilər
- 10 may, 2025
- 11:30
İtaliyanın "Milan" və "İnter" klublarının ev oyunları ABŞ-də keçirilə bilər.
"Report"un "Football Italia"ya istinadən məlumatına görə, bu barədə A Seriyasının prezidenti Etsio Maria Simonelli açıqlama verib.
Qurum rəhbəri 2026-cı ildə İtaliyada təşkil olunacaq Qış Olimpiya Oyunlarının açılış mərasiminə hazırlıq məqsədilə "San Siro"nun təmirə bağlanacağı bir vaxtda hər iki klubun ev oyunlarını ABŞ-də keçirməsini təklif edib. Ancaq prezident bunun üçün UEFA-dan razılıq alınmalı olduğunu və müəyyən proseslərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Milan şəhərini təmsil edən İtaliya klubları A Seriyasında ev oyunlarını "San Siro" stadionunda keçirir. "İnter" hazırda 74 xalla turnir cədvəlinin ikinci pilləsindədir. 60 xala malik "Milan" isə səkkizincidir.