Milan Obradoviç: "Qələbə üçün vaxtımız çatmadı"

Milan Obradoviç: "Qələbə üçün vaxtımız çatmadı" “Komandam yaxşı mübarizə apardı. Qələbə qazanmaq istəyirdik. İlk hissədə qol vurmaq üçün bir neçə şansımız oldu. Təəssüf ki, istifadə edə bilmədik. Fasilədən sonra bir müddət oyuna rəqib nəzarət etdi. Ancaq sonradan toparlandıq və öz oyunumuzu oynamağa ba
Futbol
8 Oktyabr , 2021 23:29
Milan Obradoviç: Qələbə üçün vaxtımız çatmadı
Milan Obradoviç

"Komandam yaxşı mübarizə apardı. Qələbə qazanmaq istəyirdik. İlk hissədə qol vurmaq üçün bir neçə şansımız oldu. Təəssüf ki, istifadə edə bilmədik".

"Report"un məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç evdə Finlandiya yığması ilə 1:1 hesablı heç-heçə etdikləri Avropa çempionatının seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

Serbiyalı mütəxəssis bildirib ki, fasilədən sonra bir müddət oyuna rəqib nəzarət etdi: "Ancaq sonradan toparlandıq və öz oyunumuzu oynamağa başladıq. Futbol elə oyundur ki, sən qol vurmasan, sənə qol vuracaqlar. Təəssüf ki, belə də oldu, qapımızdan qol buraxdıq".

44 yaşlı baş məşqçi qələbə üçün vaxt çatmadığını söyləyib: "Son dəqiqələrdə hesabı bərabərləşdirsək də, qələbə qazanmaq üçün vaxtımız çatmadı. Hətta bərabərlik qolundan sonra meydana ikinci hücumçunu buraxdım. Meydanda hər iki komanda texniki-taktiki mübarizə apardı. Sonacan dəstək olduqlarına görə azarkeşlərə təşəkkürümü bildirirəm".

Son xəbərlər

Orphus sistemi