Milan Obradoviç: "Bir addım irəli gedib, yenidən geri qayıdırıq"

Milan Obradoviç: "Bir addım irəli gedib, yenidən geri qayıdırıq" "Danışılası çox şey yoxdur. İlk hissədə meydanda yox idik və hər 3 qol standart vəziyyətdən buraxıldı. İkinci hissədə əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Səviyyə fərqini özünüz gördünüz. Potensialımızı hər oyunda göstərməliyik. Xorvatiyanın bü
Futbol
12 Oktyabr , 2021 22:58
Milan Obradoviç: Bir addım irəli gedib, yenidən geri qayıdırıq
Milan Obradoviç

"Danışılası çox şey yoxdur. İlk hissədə meydanda yox idik və hər 3 qol standart vəziyyətdən buraxıldı. İkinci hissədə əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Səviyyə fərqini özünüz gördünüz. Potensialımızı hər oyunda göstərməliyik. Xorvatiyanın bütün cəhdləri qolla nəticələndi. İkinci hissədə başa düşdük ki, öz meydanımızdayıq, oynamalıyıq. Səhvlərimiz var, onların üzərində çalışmalı, səbrli olmalıyıq".

"Report"un məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç evdə Xorvatiya yığmasına 1:5 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.

Serbiyalı mütəxəssis bildirib ki, 3 günlük hazırlıqla nəsə etmək çətindir: "3 məşq edib, oyuna çıxırıq. Bu halda nə edə, səhvləri necə düzəldə bilərəm? Bu, milli komandadır. Bir günə bütün səhvləri düzəltmək olmur. Məndə kimin nə qədər oynadığına dair statistika var. Futbolçuların oyuna necə hazır olmasına baxıram. Uşaqlar çox istəklidir. Lakin fiziki göstəricilərə görə oynaması çətin olan futbolçular var".

Obradoviçin sözlərinə görə, fiziki problemləri aradan qaldırmaq üçün futbolçular hər həftə oynamalıdırlar: "Heyətə ən yaxşılarını seçirəm. Demək olar ki, çox futbolçu öz komandasında kifayət qədər oynamır. Baxın, son 2 ildə əsas milliyə nə qədər futbolçu vermişik. Bu heyətdən də azı 2-3 futbolçu gələcək illərdə əsas yığmada olacaq. Futbolçuların fiziki hazırlıqları artmalı, onlar daha çox çalışmalıdırlar. Bir addım irəli gedib, yenidən geri qayıdırıq. Bu da fiziki hazırlıqla bağlıdır. Uşaqlar çatdırmır. Fiziki durumun yaxşı olsa, istənilən komandaya qarşı oynamaq olar. Çox çalışmaq lazımdır".

Limit məsələsinə də toxunan mütəxəssis bunun Azərbaycan futbolunun inkişafı üçün tətbiq olunduğunu deyib: "Limit olmasaydı, kimləri seçəcəkdim? Ümumiyyətlə, futbolçu seçimimiz olmayacaqdı. Limit olmasaydı, Elvin Cəfərquliyev, Anton Krivotsyuk, Ömər Buludov, Musa Qurbanlı kimi futbolçular da üzə çıxmazdı. Serbiyada klublar yarışır ki, görək, ən gənc oyunçunu kim oynadacaq. Klublar gəncləri üzə çıxarıb, pul qazanmağı düşünürlər. Amma burada vəziyyət fərqlidir. Mən limitin 1 deyil, 2 olmasını istəmişdim. Belə olsaydı, klubların akademiyaları daha çox çalışardı. Bu tip suallar məndən sonra da olacaq. Burada olacağım müddətdə çalışacağam ki, limit sayı artırılsın. Bu uşaqlar bizim gələcəyimizdir".

Son xəbərlər

Orphus sistemi