Milan Obradoviç Azərbaycan yığmasında debüt oyununu şərh edib

Milan Obradoviç Azərbaycan yığmasında debüt oyununu şərh edib Bakı. 24 yanvar. REPORT.AZ/ “Tanışlıq baxımından qısamüddətli toplanış məni qane etdi”.
Futbol
24 Yanvar , 2019 16:38
Milan Obradoviç Azərbaycan yığmasında debüt oyununu şərh edib

Bakı. 24 yanvar. REPORT.AZ/ “Tanışlıq baxımından qısamüddətli toplanış məni qane etdi”.

“Report” xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç AFFA-nın rəsmi saytına deyib.

Rusiyanın “Spartak-2” komandası ilə qolsuz heç-heçə başa çatan görüşdən sonra fikirlərini bölüşən serbiyalı mütəxəssis əlverişsiz hava şəraitindən şikayətlənib: “Komanda üzvləri ilə tanış olmağı planlaşdırmışdıq, məqsədimizə çatdığımızı deyə bilərəm. Oyuna gəldikdə, həm hücumda, həm də müdafiədə taktiki baxımdan planlaşdırdıqlarımızı yerinə yetirdik. Təbii ki, bu amil məni sevindirdi. Ancaq bundan daha yaxşı oynaya bilərdik. Əlverişsiz hava şəraiti imkanlarımızdan istifadə etməyimizə mane oldu. Xüsusilə də birinci hissədə bunu daha çox hiss etdik. Çünki güclü küləyə qarşı da mübarizə apardıq. Uşaqlarda istək böyük idi. Onlar özlərini yaxşı tərəfdən göstərməyə, tapşırıqları daha yaxşı yerinə yetirməyə çalışdılar. Fərdi baxımdan səhvlərə yol verdik. İstənilən halda, bu oyun taktiki baxımdan yaxşı sınaq oldu. Düşərgəmizdə zədəli futbolçuların olduğunu da qeyd edim. Qarşıda görüləcək işlərimiz var”.

Qeyd edək ki, “Spartak-2” ilə görüş Obradoviçin Azərbaycan millisində ilk oyunu olub.

Son xəbərlər

Orphus sistemi