"Milan" "Latsio"nu darmadağın edib

"Milan" "Latsio"nu darmadağın edib İtaliya A Seriyasının 30-cu turunun matçında "Latsio" "Milan"ı qəbul edib.
Futbol
5 İyul , 2020 01:43
Milan Latsionu darmadağın edib

Futbol üzrə İtaliya A Seriyasında XXX turun mərkəzi oyunu "Latsio" və "Milan" komandaları arasında keçirilib. 

"Report"un məlumatına görə, Romadakı "Olimpiko" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda ilk qolu "Milan"ın yarımmüdafiəçisi Hakan Çalhanoğlu hücumçu Zlatana İbrahimoviçin ötürməsi ilə 23-cü dəqiqədə vurub. 34-cü dəqiqədə İbrahimoviçin özü penaltini dəqiq yerinə yetirərək, "qırmızı-qaralar"ın üstünlüyünü artırıb. 59-cu dəqiqədə isə "Latsio" oyuna yenidən meydançanın mərkəzindən başlamalı olub. Bu dəfə qonaqların hücumçusu Ante Rebiç fərqlənib.

Bu qələbədən sonra xalını 46-ya çatdıran "Milan" “Napoli”ni qabaqlayaraq 6-cı sıraya yüksəlib. 68 xalla ikinci yerdə gedən "Latsio" isə lider "Yuventus"dan 7 xal geri düşüb. 

Son xəbərlər

Orphus sistemi