"Milan" klubunun Çin şirkətinə satılması ilə bağlı şərtlər razılaşdırılıb

"Milan" klubunun Çin şirkətinə satılması ilə bağlı şərtlər razılaşdırılıb Çinlilər klubun səhmlərinin 99,9 faizini satın almaq niyyətindədir
Futbol
18 Fevral , 2017 13:37
Milan klubunun Çin şirkətinə satılması ilə bağlı şərtlər razılaşdırılıb

Bakı. 18 fevral. REPORT.AZ/ Çinin "Sino-Europe Sports" konsorsiumu İtaliyanın "Milan" futbol klubunun əldə olunması şərtlərini razılaşdırıb. 

"Report"un "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, çinlilər klubun səhmlərinin 99,9 faizini satın almaq niyyətindədir.

Daha əvvəl sövdələşmə məbləğinin 320 milyon avro təşkil edəcəyi bildirilirdi.

Qeyd edək ki, hazırda "Milan" A Seriyasında 24 oyundan 41 xalla 7-ci pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi