"Milan" irqçiliyə görə prokurorluğa müraciət edir

"Milan" irqçiliyə görə prokurorluğa müraciət edir İtaliyanın "Milan" klubu A Seriyasının IV turunda "Latsio" ilə oyunda baş verənlərlə bağlı prokurorluğa müraciət edəcək.
Futbol
14 Sentyabr , 2021 09:35
Milan irqçiliyə görə prokurorluğa müraciət edir

İtaliyanın "Milan" klubu A Seriyasında IV turun "Latsio" ilə oyununda baş verənlərlə bağlı prokurorluğa müraciət edəcək.

"Report" klubun tvitter səhifəsinə istinadən xəbər verir ki, buna yarımmüdafiəçi Tyemue Bakayokonun matçda azarkeşlərin irqçi təhqirlərinə məruz qalması səbəb olub.

O, qarşılaşmadan sonra dərisinin rəngindən qürur duyduğunu bildirib.

Qeyd edək ki, görüş "Milan"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi