"Milan"ın keçmiş prezidenti yenidən xəstəxanaya yerləşdirildi

"Milan"ın keçmiş prezidenti yenidən xəstəxanaya yerləşdirildi İtaliya "Milan"ının sabiq prezidenti Silvio Berluskoni növbəti dəfə xəstəxanaya yerləşdirilib.
Futbol
7 Aprel , 2021 21:03
Milanın keçmiş prezidenti yenidən xəstəxanaya yerləşdirildi
Silvio Berluskoni

İtaliya "Milan"ının sabiq prezidenti Silvio Berluskoni növbəti dəfə xəstəxanaya yerləşdirilib.

"Report" "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, hazırda yerli "Montsa" klubunun sahibi olan funksionerin səhhətində yenidən problem yaranıb.

Onun Milan şəhərindəki San-Rafael klinikasında müalicə olunduğu bildirilib.

Qeyd edək ki, Silvio Berluskoni son 2 həftədə ikinci dəfə xəstaxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi