"Milan"ın futbolçusu zədə səbəbindən bu ilin sonuna qədər sıradan çıxıb

Futbol
  • 09 dekabr, 2024
  • 14:31
Milanın futbolçusu zədə səbəbindən bu ilin sonuna qədər sıradan çıxıb

İtaliyanın "Milan" klubunun futbolçusu Kristian Pulişiç zədə səbəbindən 2024-cü ilin sonuna qədər sıradan çıxıb.

"Report" xəbər verir ki, ABŞ millisinin müdafiəçisi A Seriyasının 15-ci turunun “Atalanta” ilə oyununda (1:2) ayaq əzələsini zədələyib.

O, gələn ilin yanvarında ümumi komanda ilə məşqlərə başlayacaq.

Qeyd edək ki, Pulişiç cari mövsüm "Milan"ın heyətində 20 oyuna çıxıb və 8 qol vurub.