"Milan"ın 1994-cü ildə Çempionlar Liqasında qazandığı kuboku zibil yeşiyinə atıblar

"Milan"ın 1994-cü ildə Çempionlar Liqasında qazandığı kuboku zibil yeşiyinə atıblar Milanın keçmiş vitse-prezidenti Adriano Qalliani komandasının bir dəfə az qala Çempionlar Liqasının kubokundan məhrum olması təhlükəsindən danışıb.
Futbol
30 Aprel , 2019 07:51
Milanın 1994-cü ildə Çempionlar Liqasında qazandığı kuboku zibil yeşiyinə atıblar

"Milan"ın keçmiş vitse-prezidenti Adriano Qalliani komandasının bir dəfə az qala Çempionlar Liqasının kubokundan məhrum olması təhlükəsindən danışıb.

Bu barədə "Report" "Qazeta.ru"ya istinadən xəbər verir.

"Afinada Kapello ilə şərab butılkalarını boşaldaraq gecə yarısına kimi oturduq və kuboku unutduq. Kuboku zibil yeşiyində görəndə liftdə idik. Ehtimal ki, onu ora süpürgəçi atmışdı. Sonra kuboku otel nömrəsinə qaytardılar, mən onu yataq yerinə qoydum. Növbəti səhər arvadıma dedi ki, həyatımda ən sehrli yuxu görmüşəm", - deyə Qalliani "Football Italia"ya bildirib.

1994-cü ildə italyan klubu Çempionlar Liqasının qalibi olub. "Milan" final oyununda Katalon "Barselona"sını üstələyib.

1994-cü ildən sonra "Milan" daha iki dəfə - 2003 və 2007-ci illərdə Çempionlar Liqasının qalibi olub. 

Daha əvvəl bildirilib ki, Antonio Konte İtaliyanın “Milan” komandasına rəhbərlik edə bilər.

Son xəbərlər

Orphus sistemi