Milan derbisində qalib müəyyənləşməyib

Milan derbisində qalib müəyyənləşməyib "Milan" öz meydanında "İnter"ə qalib gələ bilməyib
Futbol
314
4 Aprel , 2018 23:58
Milan derbisində qalib müəyyənləşməyib

Bakı. 4 aprel. REPORT.AZ/ Futbol üzrə İtaliya çempionatının 27-ci turunda "Milan" "İnter"i qəbul edib.

“Report” xəbər verir ki, "San Siro – Cuzeppe Meatsa" stadionunda baş tutan Milan derbisi 0:0 hesabı ilə nəticələnib.

Bununla da, "İnter" A seriyasında məğlubiyyətsiz oyunlar seriyasını beşə çatdırıb (3 qələbə və 2 heç-heçə), "Milan" isə ötən tur "Yuventus"a məğlubiyyətdən sonra (1:3) 2018-ci ildə ilk dəfə A Seriyasında iki matç ardarda qələbə qazana bilməyib.

"İnter" (59 xal) turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb, "Milan" isə 51 xalla altıncıdır.

Turun paralel olaraq keçirilən digər oyunlarında "Torino" öz meydanında "Krotone"ni darmadağın edib (4:1), "Kyevo" "Sassuolo" ilə oyunun əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə qol buraxaraq qələbəni əldən verib (1:1).

İtaliya A Seriyası. 27-ci tur

"Milan" – "İnter" - 0:0

"Torino" – "Krotone" - 4:1

Qollar: 1:0 – Belotti – 16, 2:0 – Falğke – 20, 3:0 – Belotti – 36, 4:0 – Belotti – 68, 4:1 – Faraoni – 90

"Kyevo" - "Sassuolo" - 1:1

Qollar: 1:0 – Cakkerini – 72, 1:1 – Kassata – 90+5

Son xəbərlər

Orphus sistemi