"Milan" 38 yaşlı qapıçını transfer edib

"Milan" 38 yaşlı qapıçını transfer edib İtaliya "Milan"ı heyətini yeni qapıçı ilə gücləndirib.
Futbol
13 Oktyabr , 2021 22:36
Milan 38 yaşlı qapıçını transfer edib
Antonio Mirante

İtaliya "Milan"ı heyətini yeni qapıçı ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Milan şəhərinin eyniadlı təmsilçisi Antonio Miranteni transfer edib.

38 yaşlı qolkiperlə cari mövsümün sonunadək müqavilə imzalanıb. Təcrübəli qapıçı yeni komandasına azad agent kimi keçib.

"Milan" əsas qapıçısı Mik Menyanın 10 həftəlik sıradan çıxmasından sonra Mirante ilə danışıqlara başlamışdı.

Qeyd edək ki, son klubu "Roma" olan Antonio Mirante bu ilin iyununda "canavarlar"la vidalaşıb. İtaliyalı qolkiper karyerası ərzində ölkəsinin "Krotone", "Yuventus", "Sampdoriya", "Parma" və "Bolonya" klublarının da formasını geyinib.

Son xəbərlər

Orphus sistemi