Məsut Özil ixtisara düşən maskotun maaşını öz üzərinə götürdü

Məsut Özil ixtisara düşən maskotun maaşını öz üzərinə götürdü İngiltərə "Arsenal"ın futbolçusu Məsut Özil klubda maskot kimi çalışmış əməkdaşa maliyyə dəstəyi göstərməyə razı olub.
Futbol
6 Oktyabr , 2020 23:51
Məsut Özil ixtisara düşən maskotun maaşını öz üzərinə götürdü
Məsut Özil

İngiltərə "Arsenal"ın futbolçusu Məsut Özil klubda maskot kimi çalışmış əməkdaşa maliyyə dəstəyi göstərməyə razı olub. 

"Report"un məlumatına görə, bu barədə türk əsilli yarımmüdafiəçinin özü şəxsi "Twitter"ində yazıb. 

Avqustun əvvəlində klub koronavirus pandemiyası dövründə gəlirlərin azalması ilə əlaqədar 55 əməkdaşını ixtisara salıb. Onların arasında 27 il maskot kimi çalışmış Cerri Kuay da olub. "Qunnerzavr"ın ixtisara düşməsindən məyusluq ifadə edən 32 yaşlı oyunçu isə "Arsenal"da çıxış etdiyi müddətdə maskotun əmək haqqını ödəyəcəyini bildirib. 

Qeyd edək ki, Məsut Özilin əmək haqqı həftədə 350 min funt sterlinqdir. O, komandada 2013-cü ildən çıxış edir. Özil bu mövsüm meydana çıxmayıb.   

Son xəbərlər

Orphus sistemi