Mesut Özil ciddi zədələndi

Mesut Özil ciddi zədələndi Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Mesut Özil ən azı bir ay müddətinə sıradan çıxıb
Futbol
5 Mart , 2021 02:20
Mesut Özil ciddi zədələndi

Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Mesut Özil ən azı bir ay müddətinə sıradan çıxıb.

"Report"un məlumatına görə, Almaniya yığmasının sabiq yarımmüdafiəçisi evdə "Antalyaspor"la 1:1 hesablı heç-heçə etdikləri Superliqanın XXVIII tur matçında zədələnib. O, 67-ci dəqiqədə ayaq əzələlərindən xəsarət alaraq, meydanı xərəkdə tərk edib.

Qeyd edək ki, bu nəticədən sonra "Fənərbağça" 27 oyuna 55 xalla 3-cü, "Antalyaspor" isə 35 xalla 10-cu pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi